“DRAKARİS” MMC – 2017-ci ildən etibarən “YIĞIM Ödəniş Sistemi” brendi altında fəaliyyətə başlayıb.
Bizim Missiyamız Azərbaycan-da dünya standartlarına cavab verən, yüksək texnoloji və effektiv həlləri yaratmaq və tətbiq etməkdən ibarətdir. Səmərəliliyi və şəffaflığı artıraraq, innovativ iqtisadiyyatın qurulmasına öz tövhəmizi vermək əsas amalımızdır. Partnyorlar, son istifadəçilər və əməkdaşlarımıza qarşı dürüst olaraq, cəmiyyətin yaşayış keyfiyyətini artıraraq, etibarlı və sərfəli tərəfdaş olmaq bizim məqsədimizdir..
- Biz öz fəaliyyətimizdə yalnız aparıcı ödəniş emalı sistemləri hesab edilən Visa və Master Card tərəfindən yoxlanılmış və sertifikasiya edilmiş müasir texniki həllərdən istifadə edirik.
- Əməliyyatlar barədə məlumatların saxlanılması və emalı Visa və Master Card tərəfindən yaradılmış PCI DSS beynəlxalq təhlükəsizlik standartlarına uyğundur.
- Məlumat mübadiləsi yüksək dünya təhlükəsizlik standartları olan SSL protokolları ilə keçirilir.
- Bank kartlarında fırıldaqçı əməliyyatların qarşısının alınması (anti-fraud) sənayenin liderlərindən biri olan tərəfdaşımız Payture şirkəti tərəfindən həyata keçirilir.