Hesaba ödəniş – tərəfdaş, müştəri və işçilərinizə istənilən məbləğdə və istənilən vaxt ödəniş etməyə imkan yaradır.
Bu xidmətə qoşulmaqla, daimi artmaqda olan ödəniş üsulları vasitəsilə əmanətləri qəbul edə bilərsiniz. Rahat, əlçatan və reklam məqsədi ilə sizin loqonuz hər yerdə olsun :
- Terminal şəbəkəsi
- Veb saytlar
- Mobil tətbiqlər
Siz ödənişləri hazırda portfelimizdə fəaliyyət göstərən ExpressPay, eManat, MilliÖn, Kassam terminalları, veb üzərindən ExpressPay, EPUL, Portmanat, eləcə də ExpressPay E-wallet, EPUL, Portmanat, PASHA Mobile, BirBank, CİB mobil tətbiqi üzərindən qəbul edə bilərsiniz.
Vahid və rahat hesabatın aparılması üçün biz sizə şəxsi kabinetə giriş imkanı ilə təmin edirik.
Bu xidmətdən aşağıdakı şirkətlər müvəffəqiyyətlə faydalana bilər:
• Taksi şirkətləri (sürücülərdən komissiya yığımı)
• Ekspeditor şirkətləri
• Əczaçı şirkətlər
• Bank olmayan kredit təşkilatları və sair.