YIĞIM Payment Services UnionPay kartları ilə onlayn ödəniş qəbuluna start verdi!
02 İyul, 2025
YIĞIM Payment Services UnionPay kartları ilə onlayn ödəniş qəbuluna start verdi!

YIĞIM Payment Services məmnuniyyətlə yeni xidmətin istifadəyə verildiyini elan edir: artıq platformamız vasitəsilə UnionPay kartları ilə onlayn ödənişlərin qəbulu mümkündür. Bu addım həm yerli biznes, həm də UnionPay kartlarından geniş istifadə olunan Asiya ölkələrindən olan müştərilər üçün ödəniş imkanlarını artırır. Qeyd edək ki, Azərbaycanda qida çatdırılması, taksi və elektrik skuterlərinin icarəsi xidmətləri göstərən Wolt və Bolt kimi aparıcı şirkətlər artıq UnionPay ödənişlərini YIĞIM vasitəsilə qəbul etməyə başlayıblar.

UnionPay – dünyada buraxılmış kart sayına görə ən böyük ödəniş sistemlərindəndir, 180-dən çox ölkəni əhatə edir. Hal-hazırda UnionPay kartları Çin xaricində 80-dən çox ölkədə buraxılır. Ümumi kart sayı 9 milyardı ötüb. Çin xaricində UnionPay kartlarının ən çox buraxıldığı ölkələr arasında Honq Konq, Cənubi Koreya, Sinqapur, Tailand və Rusiya yer alır.

Üstünlükləri nədir?

Azərbaycanla Çin arasında vizasız rejimin ləğvi ilə təkcə Çindən deyil, UnionPay-in əsas ödəniş üsulu kimi istifadə edildiyi digər ölkələrdən də turist axınının artacağı gözlənilir. UnionPay kart istifadəçiləri olan qonaqlar, tələbələr və sahibkarlar üçün bu sistemin Azərbaycanda mövcudluğu onların rahatlığı və alış-verişə təşviqi baxımından əhəmiyyətlidir.

Biznes üçün üstünlüklər:

  • Yeni bazarlar və müştərilər – UnionPay kartlarının qəbulu Asiya ölkələrindən olan beynəlxalq müştərilər üçün məhsul və xidmətlərin cəlbediciliyini artırır.
  • Konversiyanın artması – alışdığı və rahat ödəniş üsulları müştərilərin alış-verişi tamamlaması ehtimalını artırır.
  • Etibarlılıq və təhlükəsizlik – Ödənişlər beynəlxalq PCI DSS standartlarına cavab verən YIĞIM-ın sertifikatlaşdırılmış infrastrukturu vasitəsilə həyata keçirilir.

YIĞIM, Azərbaycan üçün rəqəmsal ödəniş infrastrukturunu inkişaf etdirməyə davam edir və bizneslərə qlobal trendlərə uyğun müasir həllər və inteqrasiyalar təqdim edir.

YIĞIM haqqında:

YIĞIM Payment Services — Azərbaycanın aparıcı fintex şirkətlərindən biridir və ölkədə PCI DSS beynəlxalq təhlükəsizlik sertifikatı alan ilk şirkətdir. 2017-ci ildə təsis edilmiş YIĞIM bu gün Bolt, Wolt, Uber, Yango, Hilton, Fairmont, Hertz, Wingz Scooter və digər brendlər də daxil olmaqla 300-dən çox müştəriyə xidmət göstərir.

YIĞIM həmçinin Google Pay və Apple Pay vasitəsilə onlayn və mobil tətbiqlərdə ödəniş qəbul edən ilk Azərbaycan şirkətidir. Bununla yanaşı, American Express, UnionPay kartları ilə onlayn ödəniş, eləcə də Visa Token Service (VISA VTS) inteqrasiyası da uğurla həyata keçirilib – bu isə ödəniş prosesini daha təhlükəsiz və rahat edir.

TEZ-TEZ VERİLƏN SUALLAR

Sualınız var?
Cavablandıraq

Sualınıza cavab tapmadınız?
bizə [email protected] ünvanına mail yazın

YIĞIM — müxtəlif sahələr üzrə fəaliyyət göstərən bizneslər üçün fərdi həllər təqdim edən kompleks ödəniş emalı platformasıdır.

Biz bütün əsas ödəniş üsullarını dəstəkləyirik: bank kartları, bank köçürmələri, rəqəmsal pul kisələri və yerli ödəniş həlləri.

YIĞIM istənilən ölçüdə olan bizneslər üçün nəzərdə tutulub — startaplardan tutmuş iri müəssisələrədək, müxtəlif sənaye sahələrində.

İnteqrasiya adətən 1–2 həftə çəkir — bu, sizin texniki tələblərinizdən və mövcud infrastrukturunuzdan asılıdır.

Bəli, YIĞIM PCI DSS standartlarına uyğun olaraq və qabaqcıl şifrələmə protokolları ilə təhlükəsizlik təmin edir.

Bəli, biz telefon, e-poçt və canlı çat daxil olmaqla 24/7 müştəri dəstəyi təqdim edirik.

Komissiyalarımız şəffaf və rəqabətqabiliyyətlidir — əməliyyat həcmi və istifadə etdiyiniz xidmətlərə əsasən hesablanır.

Biz Azərbaycandakı bütün əsas banklarla inteqrasiya olunmuşuq və beynəlxalq bank şəbəkələri ilə tərəfdaşlığımız var.