
Azərbaycanın fintex brendi YIĞIM Payment Services öz yüksək texnoloji həlləri ilə maliyyə sektorunun inkişafına və kölgə iqtisadiyyatına qarşı mübarizəyə böyük töhfə verib. Bu barədə YIĞIM-ın təsisçisi və direktoru Vuqar Cəfərov Trend-ə bildirib.
O qeyd edib ki, şirkətin əsas məhsulları "All-in-One" və "İnternet acquiring" kimi həllərdir.
"All-in-One məhsulu sahibkarlara tək bir inteqrasiya ilə çoxsaylı populyar ödəniş kanalları, o cümlədən terminallar, vebsaytlar və tətbiqlər vasitəsilə ödənişləri qəbul etməyə imkan verir: eManat, MilliÖn, ExpressPay, KassamAz, Kapital Bank, BirBank (Kapital Bank), PASHA Mobile Bank, ExpressPay, E-Pul, Portmanat, Umico, CIB, Rabitabank Mobile, IBAM," — deyə Cəfərov bildirib.
Onun sözlərinə görə, ödəniş sistemi ilə müqavilə bağlamaq biznesi sadələşdirir, çünki ödənişlərin idarə olunması mərkəzləşdirilmiş şəkildə həyata keçirilir.
"Biz vəsaitləri ödəniş kanallarından özümüz toplayır və müştərilərimizə birləşdirilmiş şəkildə göndəririk. Hətta əgər müştərinin inteqrasiya üçün proqramı yoxdursa, şəxsi kabinetimiz vasitəsilə ödənişlərini onlayn izləyə bilər," — deyə Cəfərov qeyd edib.
Sistemin təsisçisi bildirib ki, əvvəllər şirkətlər ödəniş kanallarına qoşulmaq üçün çoxlu zaman, pul və insan resursları sərf etməli olurdular.
"Hər kanal ilə ayrıca danışıqlar, müqavilə imzalanması, inteqrasiya, testlər, aylıq texniki dəstək, maliyyə uyğunlaşdırmaları, fakturalar, aktlar — bütün bunlar nəticə etibarilə şirkətlərin yalnız bir-iki kanala daxil ola bilməsinə gətirib çıxarırdı. Daha çox kanal istifadə edənlər isə onların aylıq texniki xidmətinə daha çox vəsait sərf edirdi. Şirkətlər 2-4 ödəniş kanalına daxil olmaq üçün 6 aydan 2 ilə qədər vaxt sərf edirdi, biz isə orta hesabla 10-dan çox kanalı 10-40 gün ərzində təqdim edirik," — deyə o bildirib.
Bu ödəniş sistemi ödəniş kanalları üçün də mühüm rol oynayıb.
"Sadə inteqrasiya sayəsində xidmət əlavə etmək daha asan və sürətli olub. Əvvəllər yeni və kiçik şirkətlərin terminallara daxil olması demək olar ki, mümkün deyildi. Terminallar üçün bu xidmətin rentabelli olması üçün inteqrasiya üçün yüksək məbləğ və xidmətə görə yüksək komissiya tələb olunurdu. Prioritet baxımından isə bu şirkətlər aylarla gözləməli olurdular və bu, yeni şirkətlər üçün qəbuledilməz idi," — deyə Cəfərov əlavə edib.


