Mərkəzi Bank tərəfindən “Drakaris” MMC-yə ödəniş təşkilatı fəaliyyətini həyata keçirmək hüququ verən lisenziya təqdim olunub
24 Avqust, 2024
Mərkəzi Bank tərəfindən “Drakaris” MMC-yə ödəniş təşkilatı fəaliyyətini həyata keçirmək hüququ verən lisenziya təqdim olunub

07 avqust 2024-cü il, Bakı: "Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında" Azərbaycan Respublikası Qanununa əsasən ödəniş xidmətlərinin göstərilməsi üçün lisenziyanın əldə edilməsinə dair Mərkəzi Banka müraciət etmiş təşkilatların qiymətləndirilməsi həyata keçirilməkdədir. Bu istiqamətdə aparılan işlər çərçivəsində Mərkəzi Bankın İdarə Heyətinin 31 iyul 2024-cü il tarixli Qərarı ilə "Drakaris" MMC-yə ödəniş təşkilatı fəaliyyətini həyata keçirmək hüququ verən müddətsiz lisenziya təqdim olunub

Mərkəzi Banka ödəniş xidmətlərinin göstərilməsi üçün lisenziyanın əldə edilməsinə dair müraciət etmiş digər təşkilatların qiymətləndirilməsi hazırda davam etməkdədir. Ödəniş xidmətlərinin həyata keçirilməsi üzrə verilən lisenziyalarla bağlı məlumatlar Mərkəzi Bankın internet səhifəsi vasitəsilə açıqlanır.

TEZ-TEZ VERİLƏN SUALLAR

Sualınız var?
Cavablandıraq

Sualınıza cavab tapmadınız?
bizə [email protected] ünvanına mail yazın

YIĞIM — müxtəlif sahələr üzrə fəaliyyət göstərən bizneslər üçün fərdi həllər təqdim edən kompleks ödəniş emalı platformasıdır.

Biz bütün əsas ödəniş üsullarını dəstəkləyirik: bank kartları, bank köçürmələri, rəqəmsal pul kisələri və yerli ödəniş həlləri.

YIĞIM istənilən ölçüdə olan bizneslər üçün nəzərdə tutulub — startaplardan tutmuş iri müəssisələrədək, müxtəlif sənaye sahələrində.

İnteqrasiya adətən 1–2 həftə çəkir — bu, sizin texniki tələblərinizdən və mövcud infrastrukturunuzdan asılıdır.

Bəli, YIĞIM PCI DSS standartlarına uyğun olaraq və qabaqcıl şifrələmə protokolları ilə təhlükəsizlik təmin edir.

Bəli, biz telefon, e-poçt və canlı çat daxil olmaqla 24/7 müştəri dəstəyi təqdim edirik.

Komissiyalarımız şəffaf və rəqabətqabiliyyətlidir — əməliyyat həcmi və istifadə etdiyiniz xidmətlərə əsasən hesablanır.

Biz Azərbaycandakı bütün əsas banklarla inteqrasiya olunmuşuq və beynəlxalq bank şəbəkələri ilə tərəfdaşlığımız var.