
Yüksək texnologiyalı və səmərəli həlləri ilə YIĞIM Payment Services artıq stabil, fasiləsiz və ən əsası etibarlı ödəniş qəbul sistemini 2‑6 oktyabr tarixlərində keçiriləcək Beynəlxalq Astronavtika Konqresində təmin edir. Orada 190‑dan çox texniki sessiya və sərgilər təşkil olunacaq. ABŞ‑da, NASA, SpaceX və digər müxtəlif dünyaca tanınmış şirkətlərdən olmaqla, dünyanın hər yerindən 6000‑dən çox nümayəndənin iştirak edəcəyi gözlənilir.
«Bakı 2019‑cu ilin oktyabrında ABŞ‑ın Vaşinqton şəhərində keçirilən Beynəlxalq Astronavtika Federasiyasının Baş Assambleyasında seçkilər nəticəsində Beynəlxalq Astronavtika Konqresini keçirmə hüququ qazandı. Visa və MasterCard tərəfindən sertifikatlaşdırılan YIĞIM Payment Services‑in çevik müasir texniki həlləri sayəsində bu ilin may ayından etibarən Konqresin iştirakçıları üçün ödənişlərin fasiləsiz qəbulu təmin edilməyə başlanılıb, habelə xaricdən gələn nümayəndələrin otel rezervasiyaları üçün ödənişlər qəbul edilir. Apple Pay və Google Pay vasitəsilə, və həmçinin bank kartları ilə ödəniş qəbul etmək imkanının unikallığını vurğulamaq istəyirəm. Hazırda Azərbaycanda online xidmətlərin Apple Pay və Google Pay vasitəsilə ödənilməsinə imkan verən yeganə və ilk ödəmə sistemi bizik. Konqresdə YIĞIM həmçinin ödəniş terminalları quraşdırmaqla nağd ödənişlərin qəbulunu təmin edəcək, burada ziyarətçilər xidmətlər üçün yerində nağd ödəyə biləcək. Əziz Azərbaycan brendi olaraq, belə yüksək beynəlxalq səviyyəli tədbirin dəstəkçisi seçilməyimizdən böyük qürur duyuruq», — dedi YIĞIM Payment Services‑in həmtəsisçisi və direktoru Vuqar Cəfərov.
Bu tədbirin əhəmiyyəti və miqyası nəzərə alınaraq, YIĞIM Payment Services komandası — təklif etdiyi geniş çeşidli innovativ ödəmə həlləri, tamamilə öz proqram təminatı, onlayn inteqrasiyalar və digər unikal imkanlarla — 24/7 rejimində tərəfdaşı "Azərkosmos"la birlikdə çalışır.
Məsələn, bu günə qədər YIĞIM Azərbaycanda bir çox dünya nəhəngləri üçün ödəmə qəbulunu tam təmin edib. Uber, Bolt, Bolt Food, Wolt, Yango, Marriott otellər zənciri və yüzlərlə digər şirkətin xidmətləri üçün ödəmə edərkən — bilin ki, bütün ödəmələriniz YIĞIM Payment Services tərəfindən tam təhlükəsiz mühitdə, ani qaytarma imkanları ilə işlənir.
YIĞIM‑in texniki və texnoloji dəstəyi ilə Bakı Beynəlxalq Astronavtika Konqresi ən yüksək səviyyədə keçiriləcək, bu da Azərbaycanın beynəlxalq səhnədə rolunu və əhəmiyyətini xeyli gücləndirəcək; YIĞIM Payment Services bir daha peşəkar və yenilikçi həllər və xidmətlər təqdim etmə yönündəki sadiqliyini sübut edəcək.
Biz beynəlxalq və yerli 300‑dən çox şirkətlə əməkdaşlıq edirik, xüsusilə: Wolt, Bolt Food, Uber, Yango, Maxim Taxi, Fairmont Hotel, Hilton Hotel, Marriott Hotel Boulevard, Pik Palace, Park Chalet, Chenot Hotel, Excelsior Hotel, Hertz, Europcar, həmçinin Wingz, Kontakt Scooter, Turbo.az, Tap.az, Bina.az, Qalaaltı Hotel, Lənkəran Spring Hotel, MediClub, Ipeksu, ADA University, Dunya School.


