EY Azərbaycan bu ilki “EY İlin Sahibkarı” müsabiqəsinin doqquz iştirakçısını təqdim edəcək
24 Fevral, 2022
EY Azərbaycan bu ilki “EY İlin Sahibkarı” müsabiqəsinin doqquz iştirakçısını təqdim edəcək

Dünyanın hər yerindən dayanıqlı sahibkarlar çox vaxt dəyişiklik üçün katalizator rolunu oynayır, bu günün ən çətin problemlərini həll edir və minlərlə insanın həyatına müsbət təsir edən sosial dəyişikliklər yaradır.

EY sevinclə təqdim edir bu ilki "EY İlin Sahibkarı" yarışmasına qoşulan Azərbaycanın doqquz ilhamverici sahibkarını. Bir neçə nominasiyada qaliblər və ümumi qalib 10 mart tarixində Bakıda keçiriləcək xüsusi mərasimdə elan olunacaq.

EY İlin Sahibkarı 2022 müsabiqəsi Azərbaycan Kiçik və Orta Biznesin İnkişafı Agentliyi ilə tərəfdaşlıqda keçirilir və ABB tərəfindən sponsorluq olunur. Yarış AZPROMO və Ekvita tərəfindən dəstəklənir.

ATL Tech

ATL Tech Azərbaycanda say və gəlir baxımından ən böyük proqram təminatı şirkətlərindəndir. Şirkət kontakt mərkəz həlləri və ERP proqram təminatı təqdim edir. ATL Tech-in əsas məqsədi işlədiyi şirkətlərin səmərəli və asan əlaqə qura bilən olmalarını təmin etməkdir. Hər gün ATL proqramı vasitəsilə 30–40 minə qədər telefon zəngi emal edilir və idarə olunur. ATL-in Azərbaycan dilində nitqi mətnə çevirmə üzrə işləyən süni intellekt laboratoriyası var. Şirkət fəaliyyətini Azərbaycandan kənara genişləndirir və hal-hazırda Gürcüstan, Birləşmiş Krallıq və ABŞ-da müştərilərə xidmət göstərir. ATL Tech həmçinin proqram təminatı sahəsində regional lider olmağı planlaşdırır.

ELAD

ELAD nəqliyyat xidmətləri sahəsində 16 ildən artıq təcrübəyə malik şirkətdir. ELAD məsuliyyətli və etibarlı tərəfdaş olaraq özünü göstərməyə çalışır. Şirkətin təqdim etdiyi xidmətlərə avtobus marşrutları, hava limanından transfer xidmətləri, şəhər daxilində və ölkə daxilində qonaqların qarşılanması və daşınması, sürücülü avtomobil icarəsi, yol nəqliyyatının evakuasiyası, ofislərin köçürülməsi daxildir. Bu gün ELAD-ın müxtəlif kateqoriyalı kifayət qədər nəqliyyat vasitələri mövcuddur ki, bu da müştərilərin müxtəlif tələblərini ödəməyə imkan verir.

Fortune Trade

Fortune Trade Azərbaycanda müxtəlif markalar tərəfindən istehsal edilmiş yağlar, filtrlər, mayelər və AdBlue məhsullarının təchizatçısı və rəsmi distribütorudur. Şirkət həm korporativ, həm də fərdi müştərilərin tələblərini sənaye, mühərrik və transmissiya yağları, əyləc mayeləri, antifrizlər, müxtəlif filtr seçimləri və AdBlue ilə təmin edir. Həmçinin, Fortune Trade www.oilmarket.az saytının təsisçisidir — belə məhsulların satışını həyata keçirən ilk onlayn platformadır. Şirkət yaxın illərdə Azərbaycanda yağ istehsalını başlatmağı, ixracı təşkil etməyi və Azərbaycan brendini dünya bazarında tanıtmağı planlaşdırır. Bundan başqa, şirkət xaricdə yeni müştəri portfelini genişləndirməyi düşünür.

IDEA

2003-cü ildə təsis edilmiş, IDEA ictimai yerlər üçün kiçik memarlıq formaları (daş oturacaqları, dirəklər, kifler, pergolalar, avtobus dayanacaqları və s.) istehsalı ilə məşğuldur. Şirkətin portfelində 500-dən çox fərqli növ məhsul var. Məhsullar yüksək keyfiyyətə malikdir və uzun zəmanət müddəti ilə seçilir, Qətər, BƏƏ, Rusiya, Böyük Britaniya və s. ölkələrə ixrac olunur. IDEA MDB və Orta Şərqdə bu qədər geniş məhsul çeşidi təqdim edən yeganə şirkətdir. Məqsəd sahəsində dünyaca tanınmış marka olmaq və Azərbaycanı layiqincə təmsil etməkdir.

JL Tech

JL Tech əsasən məlumat texnologiyaları sahəsində fəaliyyət göstərir. Şirkət müştərilərinə verilənlərə daha asan çıxış, analizlər və geniş mənzərə təqdim etməklə onların daha səmərəli iş görmələrini təmin edir. Hal-hazırda JL Tech Oracle-ın "Gold partner" və "İlin tərəfdaşı" statuslarını daşıyır, regionda ən böyük anlaşmanı edib. Azərbaycanla yanaşı, şirkətin Gürcüstan, Ukrayna və 2021-ci ilin yanvarından Türkiyədə nümayəndəlikləri var; burada daha da genişlənməyi planlaşdırır.

Portmanat

Portmanat Azərbaycanın ilk e-pul (e-wallet) sistemidir. Portmanat-ın əsas məqsədi insanların həyatına dəyər qatmaq və istifadəçilər üçün onlayn təcrübəni daha asan etməkdir. Şirkət B2B və B2C həlləri təklif edir. Vebsaytlara ödəniş sisteminin inteqrasiyasını çox qısa müddətdə (təxminən 2 saat ərzində) həyata keçirən ilk platformadır. Portmanat müştərilərinə qısa müddətli kredit funksiyası təqdim edib. "Portmanat Avans" adlı məhsul müxtəlif şirkətlərin işçilərinə maaşlarının müəyyən hissəsini vaxtından əvvəl almağa imkan verir. Portmanat rəqəmsal bank olmaq və öz ödəniş kartlarını vermək planındadır.

YIĞIM Payment Services

2017-ci ildən etibarən YIĞIM Payment Services müştərilərə yüksək texnologiyalı ödəniş həlləri təklif edir. Bu ödəniş həlli sahibkarlara birləşdirilmiş bağlantı vasitəsilə ödəniş terminalları, mobil bankinq tətbiqləri, e-walletlər kimi çoxsaylı ödəniş kanalları ilə ödənişləri tez toplamağa imkan verir. Sistem həmçinin emal xidmətləri təqdim edir. Vebsaytlar və mobil tətbiqlər vasitəsilə bank kartları ilə ödəniş qəbul etmək üçün funksional həllərin geniş çeşidi mövcuddur. Ödəniş sistemi PCI DSS Level 1 sertifikatına malikdir və kart detallarını yadda saxlamaq və işləmək üçün nəzərdə tutulmuşdur. İstifadə edilən proqram təminatı tamamilə YIĞIM brendinə məxsusdur. 200-dən artıq şirkət eksklüziv həllər, çeviklik və peşəkar yanaşma səbəbilə nağd və nağdsız ödənişləri YIĞIM-a etibar edir. Müştəri portfelinə Wolt, Bolt, Maxim kimi beynəlxalq şirkətlər, eləcə də Absheron Group, PMD Hospitality otelləri və 189, Optimal Electronics, Music Gallery kimi tanınmış brendlər daxildir. Təqdim olunan xidmətlər yalnız Azərbaycanda deyil, həm də başqa ölkələrdə unikal hesab edilir. Şirkətin mövcud müştəriləri "YIĞIM" ilə Gürcüstan və Mərkəzi Asiya dövlətləri kimi başqa ölkələrdə də əməkdaşlıq təklif ediblər. Şirkət 2022-ci ildə ən azı iki xarici ölkədə fəaliyyət göstərməyi planlaşdırır.

Your Decor and Events

Your Decor and Events 2018-ci ildə təsis olunub. Şirkət müxtəlif xidmətlər göstərir: tədbirlərin təşkili və idarə edilməsi, reklam, promosyon məhsulları, VIP hədiyyələr və daha çox. Your Decor and Events yalnız Azərbaycanda deyil, eləcə də Kanadada, ABŞ-da və Avropada da tanınır. Şirkət ministerial səviyyədə tədbirlər təşkil edib və bir çox beynəlxalq tədbirlərə imza atıb. Your Decor and Events müştərilərə tədbirləri səmərəli təşkil etmək, ideya və konsepsiyalarını formalaşdırmaqda yardım edir.

ZIRA Natural & Gourmet

ZIRA Natural & Gourmet Azərbaycan Respublikasının milli markasıdır və ölkənin zəngin kənd təsərrüfatı və gastronomik ənənələrini mürəbbə, meyvə mürəbbələri, souslar və tərəvəz antipastiləri kimi məhsullarla təmsil edir. ZIRA-nın əsas konsepsiyası yüksək keyfiyyətli məhsullar istehsal etmək və Azərbaycani premium qida sektorunda beynəlxalq səviyyədə tanıtmaqdır. Önəmli keyfiyyət meyarı budur ki, məhsullar tamamilə təbii olmalıdır, buna görə bütün inqrediyentlər ölkə üzrə kiçik fermerlərdən ənənəvi və kimyəvi olmayan üsullarla əldə edilir. Şirkət məhsullarını Rusiya, Qazaxıstan, Belarus və Ukrayna kimi ölkələrə ixrac edir, həmçinin Yaponiya və ABŞ kimi Azərbaycan məhsulları üçün qeyri-ənənəvi bazarlara da yönəlir.

Entrepreneur Of The Year™ haqqında

"Entrepreneur Of The Year™", EY tərəfindən 1986-cı ildə təsis edilmişdir və sahibkarlara verilən dünyanın ən nüfuzlu biznes mükafat proqramıdır. Bu proqram yüksək potensiala malik sahibkarların sahibkarlıq fəaliyyətini təşviq etməklə fərqli olur və vizionları, liderliyi və uğurları ilə başqalarına ilham verənlərin töhfəsini tanıyır. Reqion, milli və qlobal mükafat proqramları vasitəsilə fəaliyyət göstərən bu proqram 145-dən çox şəhərdə, 60-dan çox ölkədə həyata keçirilir.

TEZ-TEZ VERİLƏN SUALLAR

Sualınız var?
Cavablandıraq

Sualınıza cavab tapmadınız?
bizə [email protected] ünvanına mail yazın

YIĞIM — müxtəlif sahələr üzrə fəaliyyət göstərən bizneslər üçün fərdi həllər təqdim edən kompleks ödəniş emalı platformasıdır.

Biz bütün əsas ödəniş üsullarını dəstəkləyirik: bank kartları, bank köçürmələri, rəqəmsal pul kisələri və yerli ödəniş həlləri.

YIĞIM istənilən ölçüdə olan bizneslər üçün nəzərdə tutulub — startaplardan tutmuş iri müəssisələrədək, müxtəlif sənaye sahələrində.

İnteqrasiya adətən 1–2 həftə çəkir — bu, sizin texniki tələblərinizdən və mövcud infrastrukturunuzdan asılıdır.

Bəli, YIĞIM PCI DSS standartlarına uyğun olaraq və qabaqcıl şifrələmə protokolları ilə təhlükəsizlik təmin edir.

Bəli, biz telefon, e-poçt və canlı çat daxil olmaqla 24/7 müştəri dəstəyi təqdim edirik.

Komissiyalarımız şəffaf və rəqabətqabiliyyətlidir — əməliyyat həcmi və istifadə etdiyiniz xidmətlərə əsasən hesablanır.

Biz Azərbaycandakı bütün əsas banklarla inteqrasiya olunmuşuq və beynəlxalq bank şəbəkələri ilə tərəfdaşlığımız var.