
Ödənişləri linklə qəbul edin.
Müştəriniz sifariş verməyə hazırdır. İndi ona yalnız rahat və təhlükəsiz ödəniş imkanı lazımdır.
YIĞIM Link Payment bizneslərə vebsayt və texniki inteqrasiya olmadan məsafədən ödəniş qəbul etməyə imkan verir. Ödəniş linkini yaradın və WhatsApp, SMS, e-poçt, Telegram və ya digər rəqəmsal kanal vasitəsilə müştərinizə göndərin.
Müştəri linkə daxil olur, məlumatları yoxlayır və ödənişi telefonundan tamamlayır.
Müştəriniz üçün rahat, biznesiniz üçün idarəolunan
Siz ödəniş məbləği və sifariş məlumatları əsasında link yaradırsınız. Müştəriniz isə tətbiq yükləmədən və əlavə qeydiyyatdan keçmədən ödəniş edir.
Əməliyyat tamamlandıqdan sonra ödənişin vəziyyətini idarəetmə panelindən izləyə bilərsiniz. Beləliklə, ödənişin hansı sifarişə, rezervasiyaya və ya xidmətə aid olduğunu ayrıca araşdırmağa ehtiyac qalmır.
Müştəriniz haradadırsa, ödəniş də oradadır
Satış həmişə vebsaytda başlamır.
Müştəri WhatsApp vasitəsilə sifariş verə, telefonla rezervasiya edə və ya sosial şəbəkədə məhsulla maraqlana bilər. Link Payment ödənişi müştərinin artıq istifadə etdiyi kanala gətirir.
Linki yaradırsınız. Müştəriyə göndərirsiniz. Ödənişi qəbul edir və nəticəni paneldən izləyirsiniz.
Bu həll hotellər, turizm şirkətləri, klinikalar, təlim mərkəzləri, tədbir təşkilatçıları, çatdırılma xidmətləri və məsafədən sifariş qəbul edən digər bizneslər üçün uyğundur.
Ödəniş üçün əlavə maneə yaratmayın
YIĞIM Link Payment vasitəsilə müştərilər yerli və xarici bank kartları, Apple Pay və Google Pay ilə ödəniş edə bilərlər. Aktiv ödəniş üsulları biznesiniz üçün seçilmiş imkanlardan asılıdır.
Ödəniş səhifəsini şirkətinizin loqosu, korporativ rəngləri və mesajları ilə fərdiləşdirmək də mümkündür. Beləliklə, müştəri ödəniş zamanı tanıdığı brend təcrübəsini görür.
Ödənişlərinizi bir paneldən idarə edin
Link Payment idarəetmə paneli vasitəsilə biznesiniz:
- ödənişlərin vəziyyətini izləyə;
- əməliyyat tarixçəsinə baxa;
- hesabatlar əldə edə;
- geri qaytarma əməliyyatları apara bilər.
Birdəfəlik link, bir neçə müştərinin istifadə edə biləcəyi paylaşılan link, statik və dinamik QR kodlar yaratmaq mümkündür.
Sadə, rahat və təhlükəsiz
Müştərilər kart məlumatlarını YIĞIM-ın təhlükəsiz ödəniş səhifəsində daxil edirlər. Əməliyyatlar 3D Secure, şifrələmə və tokenizasiya texnologiyaları ilə qorunur.
Müştərinin almağa hazır olduğu anda ödəniş prosesi onu dayandırmamalıdır.
Linki yaradın. Müştərinizə göndərin. Ödənişi qəbul edin.
Biznesiniz üçün YIĞIM Link Payment həllini aktivləşdirmək üçün komandamızla əlaqə saxlayın.

