
YIĞIM Payment Services Shahin Novrasli Festivalı ilə əməkdaşlığını davam etdirir
Bakı, 3 iyul 2026
Bu gün Bakıda “Shahin Novrasli Festival” start götürür. Musiqi və fərqli mədəniyyətləri bir araya gətirən festival klassika, caz, muğam, flamenko, tango və digər janrları əhatə edən proqramla tamaşaçıların qarşısına çıxır.
YIĞIM Payment Services və Shahin Novrasli Festival arasında əməkdaşlıq artıq ikinci ildir davam edir. Əməkdaşlıq çərçivəsində festival biletləri birbilet.az platforması üzərindən satılır, platformada ödənişlər isə YIĞIM vasitəsilə qəbul olunur.
Festivaldan bir gün əvvəl keçirilən mətbuat konfransında YIĞIM-ın direktoru Vüqar Cəfərov, festivalın təsisçisi, tanınmış musiqiçi Şahin Növrəsli, xarici diplomatik təmsilçiliklərin nümayəndələri və festivalda çıxış edəcək sənətçilər iştirak ediblər. Tədbirdə festivalın proqramı, mədəni əhəmiyyəti, tamaşaçılar üçün bilet alışı və ödəniş prosesinin təşkili barədə fikirlər səsləndirilib.
Vüqar Cəfərov bildirib ki, şirkət cəmiyyət üçün dəyər yaradan layihələrə dəstək verməyə önəm verir:
“Shahin Novrasli Festival ilə əməkdaşlığımız bizim üçün çox önəmlidir. Bu layihə musiqiyə, incəsənətə və ölkəmizin mədəni həyatına töhfə verir. Biz YIĞIM olaraq belə tədbirlərdə tamaşaçıların bilet alışı və ödəniş prosesinin daha rahat və təhlükəsiz olmasına dəstək veririk.”
Festivalın təsisçisi Şahin Növrəsli festivalın əsas məqsədinin musiqini daha geniş auditoriyaya çatdırmaq və fərqli mədəniyyətləri bir araya gətirmək olduğunu qeyd edib:
“Festival bizim üçün sadəcə konsertlərdən ibarət deyil. Bu, insanların musiqi zövqünü artıran, incəsənəti daha yaxın edən və müxtəlif mədəniyyətləri birləşdirən bir layihədir. YIĞIM ilə əməkdaşlıq bizim üçün rahatlıq və güvən deməkdir.”
Mətbuat konfransında YIĞIM komandasının digər üzvləri də iştirak ediblər. YIĞIM-ın əməliyyat şöbəsinin rəhbəri Mədinə Əmiraslanova rahat və təhlükəsiz ödəniş təcrübəsinin əhəmiyyətindən danışıb. O bildirib ki, ödəniş prosesinin sadə və stabil olması tamaşaçıların festival təcrübəsinə müsbət təsir edir.
YIĞIM-ın məhsul sahibi Əziz Məmmədov isə birbilet.az platforması vasitəsilə yaradılan alış təcrübəsindən bəhs edib. Onun sözlərinə görə, əsas məqsəd istifadəçilərin bileti rahat seçməsi, alış prosesini asan tamamlaması və festival təcrübəsinə problemsiz başlamasıdır.
YIĞIM Payment Services gələcəkdə də incəsənət və mədəniyyət layihələri ilə əməkdaşlığı davam etdirməyi planlaşdırır. Şirkət bu cür təşəbbüslərin ölkənin mədəni həyatına və Azərbaycanın beynəlxalq mədəni imicinə töhfə verdiyini bildirir.





lmage source: Azertaj


