Visa Token Service (VTS)

Daha təhlükəsiz və dayanıqlı rəqəmsal ödənişlər.

YIĞIM-ın Visa Token Service ilə birbaşa inteqrasiyası sayəsində Visa kartlarının məlumatları təhlükəsiz rəqəmsal tokenlərlə əvəz olunur. Texniki fasilələr zamanı uyğun ödənişlərin alternativ marşrutla emal edilməsi mümkün olur, bu da biznesiniz üçün ödənişlərin davamlılığını artırır.

Visa Token Service (VTS)

Real həyatdan nümunə

Texniki fasilələr satışlarınızı dayandırmasın.

Müştəri onlayn platformada abunəlik əldə edir və gələcək ödənişlər üçün Visa kartından istifadə olunmasına razılıq verir. YIĞIM-ın Visa ilə birbaşa inteqrasiyası sayəsində kart məlumatları təhlükəsiz rəqəmsal tokenlə əvəz olunur və növbəti abunəlik ödənişlərində istifadə edilə bilir.
Növbəti abunəlik ödənişi zamanı əsas prosessinq mərkəzində texniki fasilə yaranır. Əməliyyatın texniki tələbləri imkan verdiyi halda, YIĞIM tokenləşdirilmiş Visa kartı üzrə ödənişi digər işlək prosessinq marşrutu vasitəsilə emal edir.
Alternativ marşrutla uğurla emal edilən əməliyyat sayəsində müştərinin abunəlik ödənişi tamamlanır. Biznes isə texniki fasilənin satışlara və xidmət davamlılığına təsirini azaltmış olur.
Başlayın

Visa Token Service (VTS)

3 Vacib Məqam

1

Kart məlumatlarının təhlükəsiz tokenləşdirilməsi

VTS Visa kartının həqiqi nömrəsini (PAN) rəqəmsal tokenlə əvəz edir. Bu token konkret istifadə kontekstinə, məsələn, müəyyən biznesə bağlana bilər. Nəticədə həssas kart məlumatlarının ödəniş prosesində açıqlanması və icazəsiz istifadəsi riski azalır.

2

Texniki fasilələr zamanı ödənişlərin davamlılığı

Visa-nın şəbəkə tokenləri yalnız bir prosessinq provayderinə bağlı olmur. Bu, uyğun infrastruktur daxilində müxtəlif ödəniş marşrutlarından istifadə üçün çeviklik yaradır. YIĞIM-ın bir neçə prosessinq mərkəzinə bağlantısı sayəsində texniki fasilə zamanı uyğun tokenləşdirilmiş əməliyyatlar alternativ marşrutla emal edilə bilər.

3

Daha rahat və uğurlu təkrarlanan ödənişlər

Müştərinin razılığı ilə tokenləşdirilən kartdan sonrakı uyğun ödənişlərdə yenidən kart məlumatlarının daxil edilməsinə ehtiyac olmadan istifadə edilə bilər. Bu, xüsusilə abunəliklər, müntəzəm hesablaşmalar və təkrar alışlar üçün faydalıdır.

4

Visa Token Service (VTS)

Əsas Funksiyalar

Visa kartlarının tokenləşdirilməsi

Visa kartlarının tokenləşdirilməsi

YIĞIM-ın Visa ilə birbaşa inteqrasiyası sayəsində həssas kart məlumatları təhlükəsiz rəqəmsal tokenlərlə əvəz olunur. Bu, kart məlumatlarının qorunmasını gücləndirir və onlardan icazəsiz istifadə riskini azaldır.

Alternativ marşrutla ödənişlərin emalı

Alternativ marşrutla ödənişlərin emalı

Əsas prosessinq mərkəzində texniki fasilə yarandıqda, YIĞIM əvvəlcədən tokenləşdirilmiş Visa kartları üzrə uyğun ödənişləri alternativ işlək marşrutla emal edə bilər. Bu, texniki fasilələrin satışlara təsirini azaldır və ödənişlərin davamlılığını dəstəkləyir.

Təkrarlanan ödənişlərin sadələşdirilməsi

Təkrarlanan ödənişlərin sadələşdirilməsi

Müştərinin razılığı ilə tokenləşdirilmiş Visa kartlarından növbəti alış və abunəlik ödənişlərində istifadə edilə bilər. Dəstəklənən hallarda kart yeniləndikdə token məlumatları da yenilənərək ödənişlərin davam etməsinə kömək edir.

Başlayın
TEZ-TEZ VERİLƏN SUALLAR

Sualınız var?
Cavablandıraq

Sualınıza cavab tapmadınız?
bizə [email protected] ünvanına mail yazın

YIĞIM-ın birbaşa VTS inteqrasiyası Visa kartlarını tokenləşdirir və texniki fasilələr zamanı uyğun ödənişlərin alternativ marşrutla emalına imkan yaradır.

Kart məlumatları əvəzinə təhlükəsiz tokenlərdən istifadə olunur. Bu, həssas məlumatların yayılma riskini azaldır və əlavə təhlükəsizlik təmin edir.

Dəstəklənən hallarda token məlumatları avtomatik yenilənir. Lakin bankdan və kartın statusundan asılı olaraq kartın yenidən əlavə edilməsi tələb oluna bilər.

Mövcud ödəniş prosesi təhlil edilir və zəruri texniki dəyişikliklər müəyyənləşdirilir. YIĞIM vasitəsilə ayrıca Visa inteqrasiyasına ehtiyac qalmır.

Apple Pay və Google Pay rəqəmsal pul kisələri ilə ödənişi təmin edir. VTS isə yadda saxlanılan Visa kartlarını tokenləşdirərək uyğun əməliyyatların alternativ marşrutla emalına imkan yaradır.